"Neftçi"də 33-cü: Kapitandan ikiqat yubiley


Digərləri 12 Mar 2018 11:53:00 255 0

"Neftçi"də 33-cü: Kapitandan ikiqat yubiley

“Neftçi”nin futbolçusu Ruslan Abışov yubiley qoluna imza atıb.

Bakı. “Neftçi”nin futbolçusu Ruslan Abışov yubiley qoluna imza atıb. Trend PFL-ə istinadən məlumat verir ki, müdafiəçi Premyer Liqanın XIX turunun “Keşlə” ilə görüşündə komandasına 3:2 hesablı qələbə qazandıran topun müəllifi olub. Bu qol Ruslanın Azərbaycan çempionatlarında 20-ci qoludur. O, özünün 226-cı matçında buna nail olub. Abışov bu qollardan yarısını “Neftçi”nin heyətində rəqib qapısından keçirib. “Ağ-qaralar”ın kapitanı yetirməsi olduğu komandada 142-ci çempionat matçında “10”-a çatıb.