"Nübar", Masazır, "Zəli gölü" və Zığ sürüşmə sahələrində yenə AKTİVLİK var


Digərləri 12 Mar 2018 11:56:00 294 0

"Nübar", Masazır, "Zəli gölü" və Zığ sürüşmə sahələrində yenə AKTİVLİK var

Son günlər ərzində yağan yağışlar Bayıl yamacında - Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsində sürüşmə prosesinin aktivləşməsinə səbəb olmayıb.

Bakı. İlhamə İsabalayeva – Son günlər ərzində yağan yağışlar Bayıl yamacında - Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsində sürüşmə prosesinin aktivləşməsinə səbəb olmayıb. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib. Hazırda ərazidə aktivləşmənin müşahidə edilmədiyini söyləyən R.Həsənov qeyd edib ki, ərazidəki torpaq qatında quraşdırılmış mayaklarda da çatların parametrlərinin böyüməsini və yeni çatların əmələ gəlməsini göstərən hər hansı dəyişiklik qeydə alınmayıb: