Putinin "ideal" adlandırdığı raket sınaqdan keçirildi VİDEO


Dünya 12 Mar 2018 11:48:00 246 0

Putinin "ideal" adlandırdığı raket sınaqdan keçirildi  VİDEO

Raket sınağı müvəffəqiyyətlə həyata keçirilib, hədəf vurulub.

Son.az The Sun-a istinadla xəbər verir ki, bu barədə məlumat Rusiya Müdafiə Nazirliyindən verilib.

Rusiya nüvə başlıqlı hipersəs sürətli yeni raketini uğurla sınaqdan keçirib. Sınaq vuruşu Rusiyanın qərbində həyata keçirilib.

"Kinjal" adlanan raket şənbə günü Rusiyanın cənub-qərbində yerləşən aerodormdan qalxan MiG-31 hərbi təyyarəsindən buraxılıb.

Raket 7,700 mil/saat sürətlə hərəkət edir və hədəfi dəqiq vurma qabiliyyətinə malikdir.