Bakıda qadını sosial şəbəkədə şantaj edən saxlanıldı


Digərləri 12 Mar 2018 11:47:42 178 0

Bakıda qadını sosial şəbəkədə şantaj edən saxlanıldı

Paytaxt sakini olan qadından şantaj etməklə 5140 manat və 4000 ABŞ dolları almaqda şübhəli bilinən Miryusif Məmmədov saxlanılıb.

Bakı. Paytaxt sakini olan qadından şantaj etməklə 5140 manat və 4000 ABŞ dolları almaqda şübhəli bilinən Miryusif Məmmədov saxlanılıb. DİN-dən Trend-ə verilən məlumata görə, martın 9-da Bakı şəhər sakini A.N (qadın) Qaradağ RPİ 10-cu PB-yə ərizə ilə müraciət edib. O, 2017-ci ilin mart ayından bu il mart ayının 9-dək olan müddətdə tanışı Miryusif Məmmədovun onun şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib 5140 manat və 4000 ABŞ dollarını aldığını bildirib.