İranda qəzaya uğrayan Türkiyə təyyarəsinin “qara qutusu” tapılıb


Dünya 12 Mar 2018 11:35:33 240 0

İranda qəzaya uğrayan Türkiyə təyyarəsinin “qara qutusu” tapılıb

Ölənlərin hamısının meyiti tapılıb və meyitlərin kimə məxsus olduğu təsdiqlənib

İranda qəzaya uğrayan Türkiyəyə məxsus təyyarənin “qara qutusu” tapılıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, hadisə yerinə iki ölkənin mütəxəssisləri cəlb olunub.

Bilidirilib ki, “qara qutu” İranın Kiyar rayonunun Helen dağı ərazisində tapılıb. 

Bundan başqa, ölənlərin hamısının meyiti tapılıb və kimə məxsus olduğu təsdiqlənib. 

Qeyd edək ki, Türkiyəyə məxsus şəxsi təyyarə martın 11-də İranın cənubunda qəzaya uğrayıb. Təyyarə "Başaran Holdinq"in rəhbəri Hüseyn Başarana məxsus olub. BƏƏ-nin Şarja şəhərindən İstanbula qayıdan təyyarədə 2 qadın pilot, 1 stüardessa və 8 sərnişin olub. Təyyarədə ölənlərdən biri iş adamının qızı Mine Başaran, 7-si isə onun rəfiqəsidir. Onlar toydan qabaq Dubaydan subaylığa vida gecəsindən qayıdırlarmış.