Thomson Reuters: “UNEC dünya elm məkanına uğurla inteqrasiya edir”


Digərləri 12 Mar 2018 11:20:00 192 0

Thomson Reuters: “UNEC dünya elm məkanına uğurla inteqrasiya edir”

Clarivate Analytics təşkilatının Rusiya və MDB ölkələri üzrə icraçı direktoru Oleq Utkin, təşkilatın Təhsil proqramları üzrə direktoru Valentin Boqorov UNEC-də olub.

Bakı. Clarivate Analytics təşkilatının Rusiya və MDB ölkələri üzrə icraçı direktoru Oleq Utkin, təşkilatın Təhsil proqramları üzrə direktoru Valentin Boqorov UNEC-də olub. UNEC-dən Trend-ə verilən məlumata görə, universitetin rektoru, professor Ədalət Muradovla görüşən nümayəndə heyəti “Thomson Reuters”lə universitet arasında əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar. Görüşün əsas müzakirə mövzusu elmi seminar, beynəlxalq konfransların təşkili və elmmetrik məktəbin yaradılması olub.