Sığortaçıların yeni təklifləri Maliyyə Bazarlarına Nəzarət Palatasına göndərilib


Digərləri 12 Mar 2018 11:18:00 221 0

Sığortaçıların yeni təklifləri Maliyyə Bazarlarına Nəzarət Palatasına göndərilib

“Kənd təsərrüfatı sığortası haqqında” Qanun layihəsi İşçi qrupu səviyyəsində müzakirə edildi

Bakı. Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə “Kənd təsərrüfatı sığortası modelinin Azərbaycanda tətbiqi” ilə əlaqədar işçi qrupunun son görüşü keçirilib. Görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli və Maliyyə Bazarlarına Nəzarət Palatası, Kənd Təsərrüfatı Nazirliyi, sığorta şirkətlərinin nümayəndələri, həmçinin, sahə üzrə ekspertlər iştirak etdi. “Kənd təsərrüfatı sığortası haqqında” Qanun layihəsi yenidən müzakirəyə çıxarılıb və tərəflər öz mövqelərini bildiriblər. Sığortaçılar tərəfindən təklif edilən əlavə və dəyişikliklər nəzərdən keçirilib və yekun təkliflərin Maliyyə Bazarlarına Nəzarət Palatasına göndərilməsi qərara alınıb.