Generalın oğlu yenidən hakim qarşısına çıxacaq


Digərləri 12 Mar 2018 11:07:00 294 0

Generalın oğlu yenidən hakim qarşısına çıxacaq

General Novruzəli Orucovun oğlu, xuliqanlıqda təqsirləndirilən Rüstəm Orucov və onun dostları Kənan Vəliyevlə Pərviz Abbasov barələrindəki hökmdən apellyasiya şikayəti veriblər.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu il iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi "BMW" markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu təqib edərək sürücünü döyüb. 

Binəqədi rayon məhkəməsinin hökmü ilə R.Orucov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilənlər - K.Vəliyev və P.Abbasov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalında həbs edilib.