ATƏT DTİHB-nin Azərbaycandakı seçkiləri müşahidə missiyasının aralıq hesabatının dərc edilmə tarixi məlum olub


Digərləri 12 Mar 2018 10:42:29 172 0

ATƏT DTİHB-nin Azərbaycandakı seçkiləri müşahidə missiyasının aralıq hesabatının dərc edilmə tarixi məlum olub

Azərbaycanda prezident seçkilərini izləmək üçün DTHİB əlavə olaraq 280 qısamüddətli müşahidəçi göndərəcək

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək prezident seçkiləri üzrə uzunmüddətli müşahidə missiyasının aralıq hesabatı martın 29-da dərc olunacaq.

Bu barədə "Report"a ATƏT DTİHB-nin müşahidə missiyasından bildirilib.

Xatırladaq ki, missiyaya Hollandiyadan olan Korien Yonker (Corien Jonker) başçılıq edir.

Ümumiyyətlə, uzunmüddətli missiya 30 müşahidəçidən, 10 ekspertdən ibarət əsas heyət və martın 15-dən etibarən ölkənin regionlarına göndəriləcək 20 uzunmüddətli müşahidəçidən ibarətdir.

Azərbaycanda bu il aprelin 11-də keçiriləcək prezident seçkilərini izləmək üçün DTHİB əlavə olaraq 280 qısamüddətli müşahidəçi göndərəcək. Ekspertlər və uzunmüddətli müşahidəçilər 19 ölkəni təmsil edirlər.

Aprelin 12-də ATƏT DTİHB missiyası mətbuat konfransında seçkiləri müşahidənin ilkin nəticələrini açıqlayacaq. Sonrakı iki ay ərzində isə yekun hesabat dərc olunacaq.