"Magistratura.az"da Birinciliyin mükafatlandırılması tədbiri keçirilib (FOTO)


Digərləri 12 Mar 2018 10:42:17 290 0

"Magistratura.az"da Birinciliyin mükafatlandırılması tədbiri keçirilib (FOTO)

Ötən gün Odlar Yurdu Universitetinin nəzdində fəaliyyət göstərən "Magistratura.az" Təhsil Mərkəzində artıq ənənə halına gəlmiş Birinciliyin mükafatlandırılması tədbiri keçirilib.

Bakı. Ötən gün Odlar Yurdu Universitetinin nəzdində fəaliyyət göstərən "Magistratura.az" Təhsil Mərkəzində artıq ənənə halına gəlmiş Birinciliyin mükafatlandırılması tədbiri keçirilib. Qeyd edək ki, 5 ildir fəaliyyət göstərən "Magistratura.az" Təhsil Mərkəzi fəaliyyəti ərzində 3 il Respublika birinciliyi qazanıb. Beləki, 2014-2015-ci tədris ilində Respublika birincisi (96 bal), ikincisi (94 bal), üçüncüləri (93bal) və həmçinin 10 nəfər 90 bal və yuxarı nəticə göstərən tələbə, 2015-2016-cı tədris ilində Respublika üzrə 9 nəfər 90+ nəticədən 3 nəfəri, 2016-2017-ci tədris ilində Respublika birincisi (99 bal), həmçinin 22 nəfər 90+ nəticə və nəhayət cari (2017-2018) tədris ilində Respublika Birincisi (95 bal), ikincisi (94 bal), üçüncüsü (92 bal), dördüncülər (91 bal) və beşinci (90 bal) nəticələrlə "Magistratura.az" Təhsil Mərkəzinin tələbələri olub.