Putindən ŞOK ETİRAF: Türkiyəyə məxsus sərnişin təyyarəsinin vurulması əmrini verdim


Dünya 12 Mar 2018 10:35:00 301 0

Putindən ŞOK ETİRAF: Türkiyəyə məxsus sərnişin təyyarəsinin vurulması əmrini verdim

Rusiya prezidenti Vladimir Putin 2014-cü ildə içində bomba olduğu və Soçi Qış Olimpiya Oyunlarının açılış mərasimini hədəf aldığı bildirilən "Pegasus" Hava Yollarına aid sərnişin təyyarəsinin vurulması əmrini verdiyi etirafını edib.

Son.az Milliyet-ə istinadən xəbər verir ki, "Mənə, Ukraynadan İstanbula istiqamətlənməkdə olan bir sərnişin təyyarəsinin qaçırıldığı, həmin şəxslərin Soçiyə enmək istədiyi xəbəri verildi", - deyən Putin bu haqda barəsində çəkilən sənədli filmdə danışıb.

Rusiya lideri göyərtəsində 110 sərnişin daşıyan "Pegasus" təyyarəsinin vurulması təlimatını verdiyini etiraf edib.