Fevral ayında qiymətli kağızlar bazarında SOCAR İstiqrazları üzrə 57 əqd həyata keçirilib


Digərləri 12 Mar 2018 10:25:00 208 0

Fevral ayında qiymətli kağızlar bazarında SOCAR İstiqrazları üzrə 57 əqd həyata keçirilib

3 milyon 273 min 757 ABŞ dolları həcmində təkrar bazar əməliyyatı aparılıb.

Bakı. Fevral ayında Azərbaycanın qiymətli kağızlar bazarında SOCAR İstiqrazları üzrə 57 əqd həyata keçirilib və 3 milyon 273 min 757 ABŞ dolları həcmində təkrar bazar əməliyyatı aparılıb. SOCAR İstiqrazlarının marketmeykeri olan "PSG-Kapital" şirkətindən Trend-ə verilən məlumata görə, ötən ay təkrar bazarda 3 255 istiqraz alınıb-satılıb. İstiqrazların fevral ayı üzrə orta qiyməti 1 005,76 ABŞ dolları təşkil edib. Ümumilikdə, SOCAR İstiqrazlarının dövriyyəyə buraxıldığı 2016-cı ilin oktyabr ayından indiyədək ötən dövr ərzində istiqrazlarla əməliyyatların ümumi həcmi 136 milyon ABŞ dolları təşkil edib.