“Synergy Baku” Side Qran-Prisinin ən yaxşısıdır


İdman 12 Mar 2018 09:55:00 320 0

“Synergy Baku” Side Qran-Prisinin ən yaxşısıdır

Türkiyənin Side bölgəsində Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı Side Qran-Prisi keçirilib.

Goal.az xəbər verir ki, birgünlük yarış “Synergy Baku” kontinental komandamız üçün uğurlu alınıb.

Yarışda Elçin Əsədov, Samir Cəbrayılov, Aleksandr Polivoda, Musa Mikayılzadə, Kərim Şirəliyev, Kənan Qəhrəmanlı və Telman Vəliyevdən ibarət heyətlə mübarizə aparan komandamızın heyətində ən yüksək nəticəyə Samir Cəbrayılov imza atıb. Əla komanda işi

nin nəticəsi olaraq finiş xəttinə 4 nəfərlik kiçik qrupun tərkibində gələn Samir 184,9 km məsafəni 4 saat, 16 dəqiqə, 23 saniyəyə başa vurub və fotofinişə əsasən 2-ci olub. Bu nəticə həmçinin idmançımıza 30 reytinq xalı da qazandırıb.

“Synergy Baku”nun digər üzvü Aleksandr Polivoda isə qalibdən 5 saniyə geri qalmaqla 5-ci yeri tutub və bununla da klubumuzun aktivinə daha 15 xal əlavə edib. Komanda hesabına gəlincə, “Synergy Baku” ən yaxşı göstəriciyə imza atmaqla xüsusi mükafatla da təltif edilib.