Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün təkrar sınaq imtahanı keçiriləcək


Digərləri 12 Mar 2018 09:50:00 214 0

Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün təkrar sınaq imtahanı keçiriləcək

DİM tərəfindən rezidenturaya qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndiriliməsi) üzrə təkrar elektron sınaq imtahanı* keçiriləcək.

Bakı. İlhamə İsbalayeva - DİM tərəfindən rezidenturaya qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndiriliməsi) üzrə təkrar elektron sınaq imtahanı* keçiriləcək. DİM-dən Trend-ə verilən məlumata görə, sınaq imtahanında iştirak etmək istəyənlər 17 mart saat 09:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər. Sınaq imtahanı 17 mart 2018-ci il tarixində DİM-in Nəsimi rayonu, A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək. İmtahan saat 10:00-da başlayacaq.