2 italyan futbolçu azarkeşlər tərəfindən döyüldü


İdman 12 Mar 2018 09:42:00 232 0

2 italyan futbolçu azarkeşlər tərəfindən döyüldü

Futbol üzrə İtaliya B Seriyasında çıxış edən "Askoli"nin qapıçısı Vinçentso Venditti və yarımmüdafiəçi Samuele Parlati komandanın azarkeşləri tərəfindən döyülüb. 

Goal.az xəbər verir ki, "Fotball İtalia" futbolçulara 0:1 hesabı ilə uduzduqları "Venetsiya" ilə oyundan qayıtdıqları vaxt 10 nəfərlik qrupun hücum etdiyini yazıb. Onların sifətləri "Askoli"nin şarflarına bürünmüş vəziyyətdə olub. 

Döyülən oyunçulardan komandaya hədə dolu sözlər çatdırmalarını istəyiblər. Parlati indiyədək cəmi bir dəfə meydanda olub. Komandanın ikinci qapıçısı olan Venditti isə oyunlarda iştirak etməyib. 

Qeyd edək ki, "Ascoli" 30 turdan sonra 26 xalla sonuncu pillədə gedir.