Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün təkrar elektron sınaq imtahanı keçiriləcək


Digərləri 12 Mar 2018 09:25:00 189 0

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün təkrar elektron sınaq imtahanı keçiriləcək

Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün müsabiqənin test imtahanı mərhələsi üzrə təkrar elektron sınaq imtahanı keçiriləcək.

Bakı. İlhamə İsabalayeva - Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün müsabiqənin test imtahanı mərhələsi üzrə təkrar elektron sınaq imtahanı keçiriləcək. DİM-dən Trend-ə verilən məlumata görə, dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı* keçiriləcək. Sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 17 mart tarixində keçiriləcək. İmtahan saat 10:00-da başlayacaq.