Şəbnəmə 5 minlik "sosiska", Tünzalənin villası, Anarın başıpapaqlı söhbəti, Səmədin oğlanla qaçan arvadı


Şou-biznes 12 Mar 2018 09:15:00 292 0

Şəbnəmə 5 minlik "sosiska", Tünzalənin villası, Anarın başıpapaqlı söhbəti, Səmədin oğlanla qaçan arvadı

Son.az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (162-ci say) təqdim edir.

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə xanım oxucularımı, həmçinin kişi oxucularımın ailəsindəki xanımları təbrik edirəm. Ümid edirəm ki, görüşmək imkanımızın həftədə bir dəfə olduğunu nəzərə alıb, gecikmiş də olsa, təbrikimi qəbul edəcəksiz.

Bayramdan söz düşmüşkən, Şəbnəm Tovuzluya həyat yoldaşı (bəzi saytların yazdığına görə sevgilisi) təxminən beş min manat dəyəri olan üzük bağışlayıb. Şəbnəm də deyib ki, əsas diqqətdir, hədiyyənin ucuzu, bahası olmaz. Adətən bu sözü ucuz hədiyyə alınanda deyirlər. Yəni, söhbət "sosiska"da deyil, əsas "vnimatelni" olmaqdı. Şəbnəm də deyir ki, "sosiska" istər beş minlik olsun, istər beş manatlıq, əsas həcinin diqqətidir. Qulpqoyan dayı da deyir ki, varlığa nə darlıq. Bu da sənə beş minlik "sosiska", yəni üzük.

Bu arada keçmiş bayram münasibətilə sponsor daydaylara da təskinlik vermək istəyirəm. Eybi yox, bir il onlar sizin üçün, bir gün də siz onlar üçün. Yəni müğənniləri nəzərdə tuturam. Təki belələrinə xərcləyəsiniz. Onsuz da, kasıb-kusuba əl tutmaq sizin üçün deyil.

Tünzalə Ağayeva Bodrumda özünə villa alıb. Bakıda, yaxud hansısa bölgəmizdə villanın milyon civarında olduğunu nəzərə alsaq, Bodrumdakı malikanənin dəyərini hesablamaq çətin deyil. Qırx ilin müğənnisidir də, deyirsiniz onun da villası olmasın. Villa bol olarsa, basılmaz vətən.

Bu arada Nisə Qasımova deyib ki. 24 ildir ev tikir, amma tikib bitirə bilmir: