Kənd Təsərrüfatı Nazirliyi: Rusiyada Türkiyə pomidorlarına tələbat azalıb


Dünya 12 Mar 2018 08:51:11 262 0

Kənd Təsərrüfatı Nazirliyi: Rusiyada Türkiyə pomidorlarına tələbat azalıb

Buna səbəb Rusiya tərəvəzlərinin keyfiyyətinin artmasıdır

Türkiyə pomidorlarının Rusiyaya az həcmdə tədarükünün əsas səbəbi ölkədə onlara tələbatın aşağı düşməsidir.

“Report” xəbər verir ki, bunu ötən gün Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçyev Ümumrusiya Kənd Təsərrüfatı İstehsalçıları Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə gətirilməsinə icazə verilən 50 min ton pomidordan yalnız təqribən 10 min tonunu tədarük edə bilib. Nazirin fikrincə, buna səbəb Türkiyə məhsuluna tələbatın azalması və Rusiya tərəvəzlərinin keyfiyyətinin artmasıdır.