İstirahət günlərində ölkədə 10 yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb, 15-i yaralanıb


Sosial 12 Mar 2018 08:40:54 248 0

İstirahət günlərində ölkədə 10 yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb, 15-i yaralanıb

Respublika ərazisində 195 cinayət faktı qeydə alınıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində 195 cinayət faktı qeydə alınıb, onların da 36-sı “isti izlər”lə açılıb.

DİN-dən “Report”a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.

Bildirilir ki, axtarışda olduğuna görə 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Ölkənin avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 15 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.