Sumqayıtda yol qəzası nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər ağır yaralanıb VİDEO FOTO


Digərləri 12 Mar 2018 08:40:00 281 0

Sumqayıtda yol qəzası nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər ağır yaralanıb  VİDEO  FOTO

Sumqayıt şəhərində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Son.az report.az-a istinadən bildirir ki, şəhərin 9-cu mikrorayonu ərazisində "Hyundai" markalı avtomobillə "50-BY-671" dövlət qeydiyyat nişanlı "Oka"nın toqquşması nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər ağır yaralanıb.

Ölən şəxslər "Oka"nın 1991-ci il təvəllüdlü sürücüsü Həsənov Eldar Cəmşid oğlu və onun hazırda adı hələ ki, məlum olmayan sərnişinidir. Onların avtomobildə sıxılmış vəziyyətdə qalmış meyitləri Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri tərəfindən xüsusi avadanlıqların köməkliyi ilə çıxarılıb.

Yaralılar, eləcə də, "Hyunday"ın sürücüsü ağır vəziyyətdə Sumqayıt şəhər TTYX-ya aparılıb. Xəstəxanadan verilən məlumata görə, onların vəziyyəti ağırdır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar