Moldovanın 100-dən çox yaşayış məntəqəsi Rumıniya ilə "birləşmə bəyannaməsi"nə imza atıb


Dünya 12 Mar 2018 07:58:03 265 0

Moldovanın 100-dən çox yaşayış məntəqəsi Rumıniya ilə "birləşmə bəyannaməsi"nə imza atıb

Ölkə prezidenti sənədə imza atan rayon və şəhər rəhbərlərini cəzalandırmağı planlaşdırır

Moldovanın 100-dən çox yaşayış məntəqəsi Rumıniya ilə birləşmək məqsədilə “simvolik bəyannamə”yə imza atıb.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bu il “Böyük birləşmə”nin 100-cü ildönümü ərəfəsində bəyannaməyə imza atan şəhər və rayonların sayı durmadan artır.

Moldova prezidenti İqor Dodon məsələni Ali Təhlükəsizlik Şurasının iclasında müzakirəyə çıxarmağı və “simvolik bəyannamə”yə imza atan rayon və şəhər rəhbərlərini cəzalandırmağı planlaşdırır. Sözügedən məsələyə münasibət bildirən Rumıniya xarici işlər naziri Teodor Meleşkanu isə vurğulayıb ki, Moldova xalqının Rumıniya ilə birləşmə arzusunu əks etdirən bəyannamənin heç bir hüquqi qüvvəsi yoxdur.

I Dünya müharibəsindən sonra, 1918-ci ildə Moldova Rumıniyanın tərkibinə daxil olub. 1940-cı ilin iyununda SSRİ və Almaniya arasında imzalanmış “Molotov-Ribbentrop paktı”na əsasən, Rumıniya Moldova (Bassarabiya) və Şimali Bukovinanı (hazırda Ukrayna ərazisidir) SSRİ-yə güzəştə getməyə məcbur edilib. Nəticədə Sovetlərin tərkibində Moldova SSR yaradılıb.