Azərbaycan və İran birgə avtomobil istehsalına başlayır - Apreldə


Digərləri 12 Mar 2018 07:55:00 196 0

Azərbaycan və İran birgə avtomobil istehsalına başlayır - Apreldə

Cari ilin aprel ayında Neftçala sənaye zonasında yerləşən avtomobil zavodunda avtomobil istehsalına start veriləcək

Bakı. İlkin Şəfiyev - Cari ilin aprel ayında Neftçala sənaye zonasında yerləşən avtomobil zavodunda avtomobil istehsalına start veriləcək. Bu barədə Trendə "AzerMash" şirkətinin qurucusu Emin Axundov məlumat verib. Onun sözlərinə görə, zavodun açılışı martın sonunda baş tutmalıdır. O qeyd edib ki, açılış mərasimində martın 28-də Azərbaycana səfəri planlaşdırılan İran prezidenti Həsən Ruhaninin iştirak edəcəyi gözlənilir.