Miqren ağrılarını sağaldan, qrip və soyuqdəyməni aradan qaldıran çay


Digərləri 12 Mar 2018 07:07:00 318 0

Miqren ağrılarını sağaldan, qrip və soyuqdəyməni aradan qaldıran çay

Adətən qrip olduqda, öskürək hallarında dərman vasitələri ilə yox, təbii yollarla sağalmağa çalışırıq. Buna görə də müxtəlif şəfaverici bitkilərin dəmləmələrindən, qarışımlardan faydalanmağa çalışırıq. Belə çaylardan biri də çobanyastığı çayıdır.  

Çobanyastığı çayı həm yüngüllüyü, həm də xoş qoxusu ilə sinir sistemini yaxşılaşdırır və istifadə edən şəxsi stresdən uzaq saxlayır. Çobanyastığının sakitləşdirici xüsusiyyəti ilə yanaşı, başqa bir çox faydası da var. Son.az ailem.az-a istinadən bu dəfə çobanyastığı çayının faydaları və hazırlanması barədə məlumat verir.

- Dəriyə olduqca faydası var. Onu təmizləyir və yumşaldır.

- Miqren ağrılarını sağaldır

- Bədəndəki qan şəkəri tarazlığını qoruyur

- Qrip və soyuqdəyməni aradan qaldırır

- Diş ağrılarının və diş əti problemlərinin aparılmasında olduqca təsirli bir rola sahibdir.

- Həzmsizliyi aradan qaldırır

- Mikrobları öldürücü təsiri var

- Menstruasiya dövründəki ağrı və sancıların azalmasına yardımçı olur.