İranın Avstriyadakı səfirinin iqamətgahına silahlı hücum olub, ölən və yaralanan var


Dünya 12 Mar 2018 05:30:36 248 0

İranın Avstriyadakı səfirinin iqamətgahına silahlı hücum olub, ölən və yaralanan var

Hadisə Vyana şəhərində baş verib

İranın Avstriyanın paytaxtı Vyanadakı səfirinin iqamətgahına naməlum şəxs tərəfindən silahlı hücum olub.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə şəhər polisi öz "Twitter" mikrobloqunda yazıb.

"İran iqamətgahı: bıçaqla hücum etmiş şəxs Avstriya silahlı qüvvələri tərəfindən güllələnib", — deyə məlumatda bildirilir.

Həmçinin qeyd olunur ki, hücumu adı açıqlanmayan 26 yaşlı Avstriya vətəndaşı edib.

Silahlı insident nəticəsində bir hərbçi yüngül xəsarət alaraq xəstəxanaya yerləşdirilib.