Rumıniya prezidentinin namizədliyi yenidən irəli sürüləcək


Dünya 12 Mar 2018 04:58:24 304 0

Rumıniya prezidentinin namizədliyi yenidən irəli sürüləcək

Ölkədə növbəti prezident seçkiləri 2019-cu ilin noyabrında keçiriləcək

Rumıniya Milli-Liberal Partiyası (MLP) növbəti prezident seçkilərində ölkə başçısı Klaus Yohannisin namizədliyini yenidən irəli sürəcək.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, təklif ötən gün keçirilən MLP Milli Şurasının iclasında təsdiq olunub.

Səsvermə zamanı partiya xəttilə namizədliyi irəli sürülən prezident K.Yohannisi 793 partiya üzvü dəstəkləyib. Həmçinin Milli Şura MLP lideri Lüdovik Orbanı baş nazir postuna real namizəd olaraq təsdiqləyib.

Rumıniyada növbəti prezident seçkiləri 2019-cu ilin noyabrında keçiriləcək. Hazırkı prezident, 59 yaşlı alman əsilli K.Yohannis bu vəzifəyə 2014-cü ildə seçilib. O, prezidentlik kürsüsü uğrunda yarışın 2-ci turunda ozamankı baş nazir Viktor Pontanı məğlub etməyi bacarmışdı.