Sevgi münasibətlərində edilən 7 SƏHV


Digərləri 12 Mar 2018 02:30:00 273 0

Sevgi münasibətlərində edilən 7 SƏHV

Ehtiyatlı olun! Sizin qeyri-adi romantik münasibətiniz başlamamış bitə bilər. Necə? Sadəcə mənasız, kiçik səhvlərə görə. Biz bu səhvləri sevgi və qayğıkeşliyin əlaməti kimi dərk edirik. Halbuki kişilər bundan oddan qorxan kimi qaçırlar.

Səhv 1: Kişilərlə rəqabətə girmək

İstənilən kişi düşünür ki, ən yaxşı qızla görüşməyə layiqdi. Ən ağıllı, ən gözəl, cavan, evdar, cazibədar... Bu siyahını sonsuza qədər uzatmaq olar. Əslində həqiqət də elə budur. Amma bir şərtlə ki, o xanım öz gözəlliyinə, ağlına, biliyinə görə kişi ilə rəqabətdə olmasın. Qız öz ünvanına tərif gözlədiyi qədər oğlan da bunu gözləyir. Münasibətlərinin ilk günlərində təriflərin bir ünvana getməsi digər tərəfi qane etsə də, zamanla bezdirəcək. Ona görə də hər görüşdə ancaq öz uğurlarından, ağıllı davranışlarından danışmaq doğru deyil. Düzdür, bunu o, pis niyyətlə etmir, o, öz uğurlarını sevdiyi insanla paylaşmaq istəyir. Amma artıq digər tərəf bundan xəbərdardır. Və həmin məqamlarda onun öz uğursuz davranışları mövcud ola bilər. Əgər onunla şahmat, domino, bouling və s. oyunlar oynayırsızsa, hər zaman udmağınız doğru deyil. Arada uduzmaq da lazımdır. Sizin özünüzə əminliyiniz kifayətdir. Bunu göstərmək lazım deyil. Sizin üçün nə vacibdir? Oyunda udmaq, yoxsa sevdiyiniz insanı yanında saxlamaq?

Əksinə, siz görüş zamanı onunla necə fəxr etdiyinizi, onun varlığının sizin həyatınızda önəmini və s. göstərməlisiz. Amma ifrata varmamaq şərtilə. Yəni tərifiniz real şərtlərə uyğun gəlməlidir. Sadəcə, bir fikrə əmin olun ki, ailəniz olandan sonra öz bacarıqlarınızı daha rahat şəkildə istifadə edə biləcəksiz.

Səhv 2: Əmin olmaq ki, hər şey əladır

Ola bilər ki, siz artıq hansı üzüyü almaq, toyu harda keçirmək haqda planlar qurursuz. O, sizə eşqini etiraf edib və sizdə əminlik hissi yaranıb. Vacibdir ki, bütün bu xəyallarınızı ürəyinizdə yaşayıb, açıq şəkildə qarşı tərəfə deməyəsiniz. Çünki siz əmin olsanız da, ola bilər, qarşı tərəf öz hisslərinə əmin deyil və cavabdehlikdən qorxur. Əsasən kişilər hər zaman müstəqilliyə daha meyilli olurlar və kiminsə onların şəxsi ərazisinə daxil olmalarına nifrət edirlər. Ümumiyyətlə, kişilər özləri qərar verməyi xoşlayırlar. Hətta fikir qadın tərəfdən verilsə belə. Əsas da öz ailə və qohum problemlərinizi evlənənə qədər ondan gizlin tutmağa çalışın.

Səhv 3: Onu keçmiş sevgililərinizlə müqayisə etmək

Son.az lent.az-a istinadən bildirir ki, kişilər keçmiş sevgili və ya həyat yoldaşı ilə müqayisə edilməyi sevmirlər. Əsasən ağrıdıcı o olur ki, siz onu əvvəlki sevgilinizdən daha çox səriştəsiz və bacarıqsız hesab edirsiz. Çalışın hətta görüşdüyünüz insanın çatışmayan cəhətlərini bu şəkildə bildirməyəsiz. Çalışın dilinizi dişləyin. Keçmiş keçmişdə qalıb. İndi yanınızda olan vacibdir. Çünki nəticədə bir gün o sizə deyə bilər ki, yaxşı idisə, niyə ayrıldın? Düzdür, siz bu yolla onu özünüzə uyğunlaşdırmağa çalışırsız. Amma anlamalısız ki, o, körpə deyil, siz də anası. Zamanla, səbirlə istəyinizə çatma ehtimalı daha çoxdur.

Səhv 4: Tez-tez "Sən məni sevirsən?" deyə sual vermək