Almaniyada üç məscidə və Türkiyə mədəniyyət mərkəzinə hücum olub


Dünya 12 Mar 2018 01:48:15 297 0

Almaniyada üç məscidə və Türkiyə mədəniyyət mərkəzinə hücum olub

Hücum zamanı məscidlərdən birinin əsas binası yandırılıb

Berlinin şimalında yerləşən Raynikkendorf rayonunda naməlum şəxslər məscid binasını yandırıblar.

"Report" "Berliner Zeitung" nəşrinə istinadən xəbər verir ki, məscidin əsas binası tamamilə yanıb.

Yerli polis hücumu siyasi mötivlərlə əlaqələndirilə biləcəyini bildirib.

Həmçinin xəbər verilir ki, ölkənin qərbində yerləşən Meşede şəhərində Türk-Alman Dostluq Birliyinin binasına da hücum olub, ona yandırıcı qatışıqlı butulka atılıb.

Bundan əlavə, ən azı daha 2 məscidə hücum faktı qeydə alınıb.