DİN Yevlaxda baş verən qəza ilə bağlı məlumat yayıb


Digərləri 12 Mar 2018 00:45:00 222 0

DİN Yevlaxda baş verən qəza ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi Yevlaxda məktəbli avtobusunun qəzaya uğraması ilə bağlı məlumat yayıb.

Son.az xəbər verir ki, bildirilir ki, 11 mart 2018-ci il tarixində saat 9:00 radələrində Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində QAZ-53 markalı yük avtomobili ilə eyni istiqamətdə hərəkətdə olan Ford Tranzit markalı mikroavtobus toqquşub.

Toqquşma nəticəsində mikroavtobusda olan 17 sərnişindən 5 nəfər xəsarət alaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 3-nün vəziyyəti stabil, 2 nəfərinki isə orta-ağırdır.

Mikroavtobusun sərnişinləri əsasən Aran qəsəbəsindən Yevlax şəhərinə sınaq imtahanına gedən 9-cu sinif şagirdləri olub və qəzaya uğradıqları mikroavtobus həmin şagirdlərin müəllim və valideynləri tərəfindən şifahi sövdələşmə yolu ilə sifarişi həyata keşirən nəqliyyat vasitəsi olub.

Faktla bağlı müvafiq araşdırma aparılır.