DİN Yevlaxda baş verən qəza ilə bağlı məlumat yayıb


Digərləri 12 Mar 2018 00:04:42 206 0

DİN Yevlaxda baş verən qəza ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi Yevlaxda məktəbli avtobusunun qəzaya uğraması ilə bağlı məlumat yayıb

Bakı. Daxili İşlər Nazirliyi Yevlaxda məktəbli avtobusunun qəzaya uğraması ilə bağlı məlumat yayıb. Trend-in məlumatına görə, bildirilir ki, 11 mart 2018-ci il tarixində saat 9:00 radələrində Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində QAZ-53 markalı yük avtomobili ilə eyni istiqamətdə hərəkətdə olan Ford Tranzit markalı mikroavtobus toqquşub. Toqquşma nəticəsində mikroavtobusda olan 17 sərnişindən 5 nəfər xəsarət alaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 3-nün vəziyyəti stabil, 2 nəfərinki isə orta-ağırdır.