Rusiyanı bu il "Eurovision"da təmsil edəcək müğənninin adı açıqlanıb


Digərləri 11 Mar 2018 23:21:00 299 0

Rusiyanı bu il "Eurovision"da təmsil edəcək müğənninin adı açıqlanıb

Müğənni Yuliya Samoylova bu il keçiriləcək "Eurovision" mahnı müsabiqəsində Rusiyanı təmsil edəcək.

Son.az report.az-a istinadən bildirir ki, onun adı bazar günü Birinci kanalda efirə gedən "Vremya" verilişində açıqlanıb.

Samoylova Kiyevdə keçirilmiş "Eurovision-2017"də iştirak etməli idi, lakin Ukraynanın Təhlükəsizlik Xidməti Krımda çıxış etməsi ilə əlaqədar olaraq aktrisanın ölkəyə girişinə 3 il müddətinə qadağa qoyub.