Rusiyanı bu il "Eurovision"da təmsil edəcək müğənninin adı açıqlanıb


Digərləri 11 Mar 2018 23:14:56 149 0

Rusiyanı bu il "Eurovision"da təmsil edəcək müğənninin adı açıqlanıb

Bu, müğənni Yuliya Samoylovadır

Müğənni Yuliya Samoylova bu il keçiriləcək "Eurovision" mahnı müsabiqəsində Rusiyanı təmsil edəcək.

“Report” xəbər verir ki, onun adı bazar günü Birinci kanalda efirə gedən "Vremya" verilişində açıqlanıb.

Samoylova Kiyevdə keçirilmiş "Eurovision-2017"də iştirak etməli idi, lakin Ukraynanın Təhlükəsizlik Xidməti Krımda çıxış etməsi ilə əlaqədar olaraq aktrisanın ölkəyə girişinə 3 il müddətinə qadağa qoyub.

"Eurovision-2018" 8-12 may tarixlərində Lissabon şəhərində keçiriləcək.