Xüsusi zəhmət və zövq tələb edən sənət: Milli, aşıq və çoban papaqları VİDEO


Digərləri 11 Mar 2018 23:07:00 608 0

Xüsusi zəhmət və zövq tələb edən sənət: Milli, aşıq və çoban papaqları  VİDEO

Milli, aşıq və çoban papaqları. Son.az bildirir ki, klassik üslubda və zövqlə hazırlanan papaqlara son dövrlər maraq xeyli azalsa da, bu sənəti hələ də davam etdirənlər var.

Müsahibimiz Sədi Xalayev də bu sənəti davam etdirən nadir insanlardan biridir. O, papaqçılıq sənətinin ailəsindən ona miras qaldığını deyir.

Onun sözlərinə görə, bu papaqları Özbəkistandan gətirdiyi quzu dərilərindən hazırlayır.

Sədi Xalayev deyir ki, xaricdən gətirilən dərilər yerli sort quzuların dərisindən xeyli keyfiyyətlidir. Məhs buna görə də, tikiş zamanı Özbəkistandan gətirilən dərilərdən istifadə edir.