DİQQƏT! Bu binalar qırmızı kitaba salınıb VİDEO


Digərləri 11 Mar 2018 22:35:00 384 0

DİQQƏT! Bu binalar qırmızı kitaba salınıb  VİDEO

Tarix muzeyinin binası, qız qalasının yanındakı binalar və içərişəhərdəki binaların çoxu. Son.az bildirir ki, Bakıda 50-dən çox belə tarixi bina qırmızı kitaba salınıb...

Əmlak eksperti Nofəl Qulıyev bildirir ki, bu binaların böyük önəm daşımasının əsas səbəbi onların tanınmış avropalı memarlar tərəfindən inşa olunması və bu tikintilərin Azərbaycanda ilk neft çıxarılması dövrünə təsadüf etməsidir. Həmin binalar 1850-ci ildən sonra tikilib və yaşı da 150-dən çox olduğuna görə qanunla tarixi abidə kimi qorunur. Bu binaları digərlərindən fərqləndirən başqa özəlliklər də var.

Ekspertin sözlərinə görə bir çox turistlər Azərbaycana səfər etməzdən öncə müxtəlif kataloqlardan tarixi binaları xüsusilə seçirlər. Buna görə istənilən ölkədə olduğu kimi, Azərbaycanda da turistlərin ən böyük maraq dairəsində olan tarixi binalar xüsusi diqqət mərkəzində saxlanılır, mühafizə edilir. /xezerxeber.az