Elnurun müğənnilərimizə təklifi var


Şou-biznes 11 Mar 2018 22:26:00 294 0

Elnurun müğənnilərimizə təklifi var

"Eurovision 2008" mahnı müsabiqəsinin iştirakçısı, "O səs Türkiyə" yarışmasının qalibi Elnur Hüseynov azərbaycanlı müğənnilərə səslənib. 

Son.az axşam.az-a istinadən bildirir ki, Elnur tədbirlərin birində onlarla duet oxumaq istədiyini deyib: 

"Çoxdandır ağlımda bir layihə var. Öz müğənnilərimiz - Aygün Kazımova, Tünzalə Ağayeva, Nigar Camal, Sevda Ələkbərzadə, Samir Cavadzadəyə duet təklifi edirəm. Layihəmizin adı da "Biz ailəyik" olsun. Çünki hər yerdə yazırlar ki, bizimkilər bir-birini qırır. Qoy bu layihə ilə bilsinlər ki, biz əslində ailəyik. Duetdən sonra birgə konsert də verə bilərik".