İmişlidə motosikl minik avtomobili ilə toqquşub, 1 nəfər xəsarət alıb


Sosial 11 Mar 2018 22:05:21 313 0

İmişlidə motosikl minik avtomobili ilə toqquşub, 1 nəfər xəsarət alıb

Hadisə axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb

İmişlidə 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Motosikletlə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində sürücülər xəsarətsiz ötüşsə də, motosikldə olan rayonun Qaralar kənd sakini, 1977-ci il təvəllüdlü Məmmədova Şamama Kamil qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.