Ana haqqı və anaya münasibət barədə İmam Səccadın buyuruşu


Digərləri 11 Mar 2018 21:40:00 300 0

Ana haqqı və anaya münasibət barədə İmam Səccadın buyuruşu

Qurani-Kərimdə buyurulur: "Ata-anaya yaxşılıq edin!". ("Bəqərə" 83)

İslam - bir din olmaqla yanaşı, həm də böyük bir mədəniyyətdir. Daha doğrusu, böyük bir mədəniyyəti əks etdirən, böyük bir mədəniyyəti içinə almış İlahi bir din.

Bu mədəniyyətin əsas göstəricilərindən biri də ailə, ailə münasibətləridir. Ailə mövzusu o qədər mühüm bir amildir ki, bu amilin dərin izləri insanın bütün fərdi və içtimai həyatında özünü aşkar və aydın şəkildə biruzə verir. Yəni ailə birbaşa cəmiyyətə fərd yetişdirir. Həmçinin ailə hələ öz ayaqları üstə dura bilməyən azyaşlı üçün, yaxud yaşlılıqdan taqətdən düşmüş, xəstəlikdən gücünü itirmiş insan üçün sığınacaq yeridir. Bütün bu və bu kimi səbəblər ailədə xoş ünsiyyəti və fərdlərin bir-birinə bağlılığını zəruri edir.

Bunun üçün insana düzgün həyat proqramı lazımdır. Bəli! Bu proqramı insana təqdim edən yeganə mədəniyyət və din İslamdır.

Bu mədəniyyət bəndənin Allah qarşısında, bəndənin bəndə qarşısında, bəndənin digər canlılar qarşısında, insanların  ailə və cəmiyyətdə qarşılıqlı münasibətləri barədə, hatta insanın özü ilə rəftarı barədə hər cür haqq və hüquq təqdim edib.

Bu cür haqqlardan biri də ana haqqıdır.

İmam Səccad (ə) ana haqlarına toxunaraq buyurur: "Ananın haqlarından biri də budur ki, o, səni öz bətnində gəzdirib. Halbuki bunu, ondan başqa kimsə sənin üçün etməyib.

Öz ürəyinin meyvəsini (yağını) sənə yedirdib. Halbuki, bunu sənin üçün ondan qeyrisi etməyib.

O, öz qulağı, gözü, əl-ayağı, saçı, dərisi ilə - xülasə bütün varlığı ilə səni qoruyub. O, bütün vaxtı belə olub və özü də bundan hər zaman şad və xürrəm olub.

Hamiləlik dövründə nər növ dəhşəti, çətinliyi, qəm və kədəri cani dildən qəbul etmiş və bütün bunlara səbir etmişdir.