"Azərbaycan MDB məkanında yeganə ölkədir ki..."


Digərləri 11 Mar 2018 19:39:00 246 0

"Azərbaycan MDB məkanında yeganə ölkədir ki..."

"Azərbaycan MDB məkanında yeganə ölkədir ki, müstəqillik əldə etdikdən sonra 1996-cı ildən başlayaraq indiyə kimi hər ili kənd təsərrüfatında ümumi məhsul istehsalının artımı ilə  başa vurur. Bu uğurlu nəticələrin əldə edilməsi isə hər şeydən əvvəl ölkə rəhbərlərinin kənd təsərrüfatına göstərdiyi qayğı və diqqətlə  bağlıdır". Son.az yap.org.az-a istinadən bildirir ki, bu fikri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, bu gün ölkəmizdə kənd təsərrüfatının və onunla bağlı aqrar-sənaye kompleksinin digər sahələrinin müasir tələblər səviyyəsində birgə inkişafının təmin edilməsi üçün elmi əsaslara söykənən  ardıcıl  siyasət yeridilir.