Ronaldo: "İnter" rəqiblərə və korrupsioner sistemə qarşı mübarizə aparırdı"


İdman 11 Mar 2018 18:51:00 313 0

Ronaldo: "İnter" rəqiblərə və korrupsioner sistemə qarşı mübarizə aparırdı"

Martın 10-da "İnter" klubu 110 illik yubileyini qeyd etdi. Goal.az xəbər verir ki, "Nerazzurri"nin şərəfini qorumuş ən parlaq simalardan olan Ronaldo bunları deyib:

"Klubun "Şöhrət zalı"na daxil edilməyimə səs verən hər kəsə təşəkkürümü bildirirəm. Mənə mənəvi atalıq edən Massimo Moratti və onun ailəsinə xüsusilə minnətdaram. Onlar məni "İnter"ə gətirdilər, burda "Fenomen" oldum. Mənim vaxtımda yaxşı oynamaq kifayət etmirdi. Biz hər rəqib və sonradan aşkarlanan korrupsioner sistemlə mübarizə aparırdıq. Həmin "İnter" daha artıq uğura layiq idi.

Mənimlə gülən və ağlayan "İnter" azarkeşlərinə təşəkkür edirəm. Zədələndiyim vaxt onlar mənə çox kömək etdi. Özümdə əvvəl görmədiyim güc kəşf etdim. Meydana qayıdıb-qayıtmamaq üzərində düşünürdüm. Həmin vaxt daxili gücümü kəşf etdim".