Cəlilabadda qonşu onun taxıl zəmisinə girən inəyin sahibini bıçaqlayıb


Sosial 11 Mar 2018 18:40:21 304 0

Cəlilabadda qonşu onun taxıl zəmisinə girən inəyin sahibini bıçaqlayıb

Hadisə axşam saatlarında rayonun Kazımabad kəndində qeydə alınıb

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Kazımabad kəndində qeydə alınıb.

İlkin məlumata görə, 30 yaşlı kənd sakini Kərimov Vüsal Bəylər oğlu ilə həmkəndlisi Gündüz Nazim oğlu Hüseynov arasında düşən mübahisə birincinin bıçaqlanması ilə nəticələnib. Yaralı V.Kərimov Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Məlumata görə, hadisəyə V.Kərimovun iribuynuzlu heyvanı G.Hüseynovun taxıl zəmisinə girməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.