18 yaşlı qız oğlan dostlarını evə çağırdı, əyləndi, narkotik qəbul edib öldü


Digərləri 11 Mar 2018 18:28:00 289 0

18 yaşlı qız oğlan dostlarını evə çağırdı, əyləndi, narkotik qəbul edib öldü

Türkiyənin Antalya şəhərində valideynləri boşandığı üçün tək yaşayan 18 yaşlı litsey tələbəsi E.B yaşadığı evdə qəfldən ölüb.

Son.az pressclub.az-a istinadən bildirir ki, gənc qızın spirtli içki ilə yanaşı yüksək dozada heroin qəbul etdiyi və buna görə öldüyü iddia edilib. E.B axşam saatlarında məktəb yoldaşları ilə əyləncə məkanlarından birinə gedib.

Burada bir müddət əylənən gənc qız evə gəlib, yatıb. Dünən günortadan sonra məktəbdən 2 oğlan dostu E.B-ya zəng edərək şəhərdə görüş təklifi ediblər. Amma E.B dostlarını evə dəvət edib.