"Manchester United"in qapıçısı PSG-nin maraq dairəsində


İdman 11 Mar 2018 17:53:00 287 0

"Manchester United"in qapıçısı PSG-nin maraq dairəsində

"Manchester United"in qapıçısı David De Xea "Real"dan başqa, daha bir klubun da maraq dairəsinə düşüb. Goal.az xəbər verir ki, növbəti yay PSG-nin ispan qolkiperin transferinə tam bir sərvət xərcləməyə hazır olduğu iddia edilir. 27 yaşlı qapıçının "United"lə cari müqaviləsi 2019-cu ilin yayına kimi qüvvədədir. Bir şey məlumdur ki, "qırmızı şeytanlar" De Xeanı komandada saxlamaq üçün xeyli zəhmət çəkməli olacaq.