Lənkəranda zəncirvari qəza olub


Digərləri 11 Mar 2018 17:34:00 258 0

Lənkəranda zəncirvari qəza olub

Lənkəranda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Son.az report.az-a istinadən bildirir ki, hadisə Ələt-Astara magistral yolunda qeydə alınıb. 

Belə ki, Gəlmətürk qəsəbəsindən əsas yola çıxan Ağayev Ruslana məxsus, 99-HH-699 seriya nömrəli, "Mazda" markalı avtomobil hərəkətdə olan, Mikayılzadə Elvarın idarə etdiyi 10-VC-543 seriya nişanlı, "Mazda" markalı avtomobilə çırpılıb. Nəticədə E.Mikayılzadənin idarə etdiyi avtomobil aşaraq yolun kənarında dayanan daha iki maşına çırpılıb.