Təhsil Nazirliyi və DİMdən Yevlaxdakı qəzayla bağlı birgə məlumat


Digərləri 11 Mar 2018 17:20:00 259 0

Təhsil Nazirliyi və DİMdən Yevlaxdakı qəzayla bağlı birgə məlumat

Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi Yevlaxda şagirdləri buraxılış imtahanına aparan mikroavtobusun qəzaya uğrayaması ilə əlaqədar birgə məlumat yayıb.

Son.az-a verilən birgə məkumatda deyilir ki, bu gün respublikamızın 27 şəh2ər və rayonunda ümumtəhsil müəssisələrinin məzunları üçün ümumorta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imthanının birinci mərhələsi keçirilib.

Daha sobra məlumatda qeyd olunub ki, bu imtahanda iştirak etmək üçün Yevlax rayonu Aran qəsəbə 1 nömrəli tam orta məktəbinin 15 şagirdi, 1 direktor müavini və 1 nəfər məktəbin əməkdaşından ibarət heyəti aparan mikroavtobus Yevlax rayonu ərazisində qəzaya uğrayıb:

"Hadisə zamanı xəsarət alanlardan 12 nəfər Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onların xəsarəti yüngül olduğundan ilkin tibbi yardımdan sonra xəstəxanadan evlərinə buraxılıblar. Digər 5 nəfər xəsarət alan şəxs Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Şagirdlərdən 3 nəfərin vəziyyəti qənaətbəxşdir və müalicəsi davam etdirilir.