Viera: "Nə zaman təqaüdə çıxacağına Venqer qərar verməlidir"


İdman 11 Mar 2018 16:50:00 269 0

Viera: "Nə zaman təqaüdə çıxacağına Venqer qərar verməlidir"

"Arsenal"ın sabiq futbolçusu Patris Viera komandanın baş məşqçisi Arsen Venqer barədə danışıb. Goal.az xəbər verir ki, fransalı mütəxəsis bunları deyib:

"Düşünürəm ki, bu uzun əhvalatın başa çatmasını, hamıdan öncə Venqer özü biləcək. Onun klub üçün xidmətlərini əsas götürüb deyirəm ki, nə zaman təqaüdə çıxacağına Venqer qərar verməlidir."Arsenal"ı sevən və onun uğur qazanmasını istəyən ən birinci adam elə Arsendir. Biz komandanın oyunu və buna bənzər məsələləri müzakirə edə bilərik. Amma Venqerə şəxsiyyətinə ünvanlanan tənqidi hücumları anlamaq çətindir. Bəlkə də, mən də məşqçi olduğumdan bunları başa düşürəm. Onun "Arsenal"da qalmaq üçün böyük klubların təklifini rədd etdiyi vaxtları da yaxşı xatırlayıram. Nə dediyimi bilirəm. Çünki həmin klubların nümayəndələri görüşəndə mənə deyirdi ki, Arseni komandalarında görmək istəyirlər. Venqer isə təklifləri rədd edirdi. İndi insanlar bunu unudurlar".