Fransada çempionat oyunundan sonra 200-ə qədər azarkeş meydana qaçıb


İdman 11 Mar 2018 15:49:00 280 0

Fransada çempionat oyunundan sonra 200-ə qədər azarkeş meydana qaçıb

Fransa Liqasının 29-cu turunda keçirilən "Lille" - "Montpellier" (1:1) qarşılaşmasından sonra xoşagəlməz insident qeydə alınıb. Goal.az xəbər verir ki, meydan sahiblərinin 200-ə yaxı azarkeşi stadionun qazonuna qaçıb və futbolçularla mübahisə ediblər. Fanatlar "Lille" klubunun cari mövsümdəki uğursuz çıxışına etiraz olaraq bu addımı atıb.

Azarkeşlər paltardəyişmə otağına da getməyə can atıb. Stadion xidmətçiləri və təhlükəsizlik əməkdaşlarının səyi nəticəsində onların bu cəhdinin qarşısını alınıb. Fransa mətbuatı komandanın hücumçusu Nikola Pepenin bir azarkeşi vurduğunu da yazır. Qeyd edək ki, "Lille" külli miqdarda borcu səbəbindən aşağı dəstəyə göndərilə bilər.