DİM: Yevlaxda qəza zamanı avtobusda olan şagirdlərin yenidən imtahan verməsi üçün imkan yaradılacaq


Digərləri 11 Mar 2018 16:16:00 291 0

DİM: Yevlaxda qəza zamanı avtobusda olan şagirdlərin yenidən imtahan verməsi üçün imkan yaradılacaq

Yevlaxda şagirdləri sınaq imtahanına apararkən qəzaya uğrayan mikroavtobusda olan şagirdlərin yenidən imtahan verməsi üçün şərait yaradılacaq.

Son.az xəbər verir ki, bu barədə DİM-dən Trend-in sorğusuna cavab olaraq bildirilib.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qəzayla əlaqədar rayona gedib.

Xatırladaq ki, bu gün səhər baş verən hadisə nəticəsində 20 nəfər xəsarət alıb.

Yevlax rayon Mərkəzi Xəstəxanasından Trend-ə verilən məlumata görə, hadisə nəticəsində 15 nəfər müxtəlif dərəcəli xəsarətlrərlə xəstaxanaya yerləşdirilib.