Rusiyada terror aktının qarşısı alınıb


Digərləri 11 Mar 2018 16:08:00 250 0

Rusiyada terror aktının qarşısı alınıb

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTB) terror qruplaşmasının Saratov vilayətində planlaşdırdığı terror aktının qarşısını alıb.

Son.az report.az-a istinadən bildirir ki, bu barədə xidmət məlumat yayıb.

Bildirilir ki, bununla bağlı əməliyyat bu gün keçirilib. Terrorçular onların avtomobilinin təqib edən xidmətin əməkdaşlarına silahlı müqavimət göstəriblər. Atışma zamanı cinayətkarlar yaralanıb. Onların xəsarətinin ağır olduğu bildirilir.