"Neftçi" - "Qarabağ" duelində Ağdam klubunu üstündür


İdman 11 Mar 2018 14:36:00 293 0

"Neftçi" - "Qarabağ" duelində Ağdam klubunu üstündür

Martın 14-də Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində “Qarabağ”la “Neftçi” qarşılaşacaq. Goal.az xəbər verir ki, tərəflər bu vaxta qədər 70 çempionat oyununda üz-üzə gəlib. Bu görüşlərdən 18-də “Neftçi”, 27-də isə “Qarabağ” qələbə qazanıb. 25 oyunda isə tarazlıq pozulmayıb. Top fərqi də ağdamlıların xeyrinədi – 77:63. Bu mövsümün ilk hissəsindəki oyunlara gəlincə, “Neftçi” hər iki görüşdə meydanı məğlub tərk edib. “Ağ-qaralar” öz meydanında 1:3, səfərdə isə 0:1 hesabına üzülüb. 8-ci km qəsəbə stadionunda keçiriləcək oyun saat 18:00-da start götürəcək.