Verner: "Manchester United"də oynamağa üstünlük verərdim"


İdman 11 Mar 2018 14:14:00 313 0

Verner: "Manchester United"də oynamağa üstünlük verərdim"

"Leipzig"in gənc hücumçusu Timo Verner gələcəkdə İngiltərə Premyer Liqasında oynamaq arzusunu gizlətmir. Goal.az xəbər verir ki, Almaniya millisinin 22 yaşlı üzvü "Manchester United"ə daha çox meyilli olduğunu qeyd edib.

"Bəli, İngiltərədə oynamaq mənim arzumdur. Şərəfini qorumaq istədiyim 2-3 klub var, "Manchester United" onların arasındadır. Ola bilsin, ingilis dilini yaxşı öyrənəndən, bir neçə ildən sonra Premyer Liqaya gedərəm. Hələlik özümü "Leipzig"də çox rahat hiss edirəm. "United" və "Liverpool"un oyunlarını tez-tez izləmişəm.. Tarixi uğurlarına görə bu klublara biraz azarkeşlik də etmişəm. Ferqyusson "manikunianlar"ın baş mşqçisi olanda onlar bütün mümkün titulları qazanmışdı. "Liverpool"un əla stadionu və azarkeşləri var. Amma seçməli olsam, "Manchester United"ə üstünlük verərəm. Gələcəkdə titullar qazanan komandaların şərəfini qorumaq istərəm".