Almaniyanın yeni daxili işlər naziri qaçqınların deportasiyasını sürətləndirəcək


Dünya 11 Mar 2018 15:10:00 255 0

Almaniyanın yeni daxili işlər naziri qaçqınların deportasiyasını sürətləndirəcək

Gələn həftə Almaniyada koalisiya hökumətində daxili işlər naziri postuna təsdiq ediləcək Xorst Zeexofer ölkədə qayda-qanunun təmin edilməsi, o cümlədən qaçqınların qəbulu ilə bağlı planını açıqlayıb.

Son.az APA-ya istinadən xəbər verir ki, daxili işlər naziri təyinatı ilə əlaqədar Xristian-Demokratik İttifaqın sədri postunu tərk edəcək X. Zeexofer Almaniyanın kosmopolit və liberal ölkə olaraq qalmaq istədiyini bildirib.

Bununla belə, X. Zeexofer deyib ki, əgər söhbət vətəndaşların müdafiəsindən gedirsə, o halda güclü dövlət lazımdır və o, bu istiqamətdə çalışacaq. Bavariyanın baş naziri olduğu dövrləri xatırladan X. Zeexofer Bavriyanın 2015-ci ildə ən böyük qaçqın dalğası ilə üzləşdiyini qeyd edib: "Amma bu gün Bavariya Avropanın ən təhlükəsiz regionlarından biridir və bu, bütövlükdə Almaniya üçün xarakterik olmalıdır".